“Azərsu” ASC-nin böyük tenderini 20 manat kapitalı olan şirkət qazandı.
FED.az xəbər verir ki, tenderi qazanan həmin şirkət "Kaskad-Hidro" MMC-dir.
“Azərsu” hidrofor nasos sistemlərinin təmiri işlərinin satın alınması üçün "Kaskad-Hidro" MMC-yə 3 milyon 64 min 281 manat ödəyəcək.
Şirkət 10 noyabr 2011-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Sabir Həmidov İsa oğludur.