Azərbaycanın qeyri-rəsmi «tender çempionu» saylan "İnpeks.N" MMC şirkəti 2019-cu ilin dekabr ayının ilk 10 iş günündə 11 tenderin qalibi olub.
Eləcə də bax: 2019-da Azərbaycanda ən böyük - DÖVLƏT TENDERLƏRİNİ KİM QAZANIB - SİYAHI
FED.az xəbər verir ki, tenderlərin ümumi məbləği 389 min 385 manat olub. Bu tenderlər çərçivəsində şirkətə işçilərə geyim alınmasından tutmuş, abadlıq işləri, yumşaq-bərk inventara qədər ən müxtəlif sifarişlər verilib.
Eləcə də bax: Azərbaycanda ən kiçik dövlət tenderi – CƏMİ 6 MANAT - SİYAHI
11 tenderin 7-ni şirkətin «sevimli» sifarişçiləri olan rayon mərkəzi xəstəxanaları keçirib. "İnpeks.N" MMC şirkəti mərkəzi xəstəxanalarla bağladığı tenderlərin ümumi məbləği 221 min 399 manat olub.
Dekabr ayının əvvəllərində "İnpeks.N" MMC-nin udduğu ən böyük məbləğli tender Tərtər rayon İcra Hakimiyyəti keçirdiyi tender olub. Tender müqaviləsinin məbləği 98 min 41 manat olub.
FED.az "İnpeks.N" MMC-nin 2019-cu ilin 6-16 dekabr tarixində udduğu tenderləri təqdim edir.