Azərbaycanın dövlət qurumlarının 2019-cu ildə keçirdiyi ən kiçik məbləğli tenderlərin siyahısı açıqlanıb.
Eləcə də bax: 2019-da Azərbaycanda ən böyük - DÖVLƏT TENDERLƏRİNİ KİM QAZANIB - SİYAHI
FED.az xəbər verir ki, bu il ən kiçik məbləğli tenderləri keçirən dövlət qurumu Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnsititutu olub. Qurumun keçirdiyi ən kiçik məbləği tender 6 manat məbləğində olub. Tenderi “Golden Consalting” MMC udub. Ümumiyyətlə “Golden Consalting” MMC Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnsititutunun 5 tenderini udub. 5 tenderin ümumi məbləği 167 manat olub. Bunların demək olar ki, hamısı məişət əşyaları və dəftərxana ləvazimatına aiddir.
FED.az 2019-cu ildə Azərbaycanda dövlət qurumları tərəfindən keçirilən ən kiçik məbləğli tenderlərin siyahısını təqdim edir.