Azərbaycanın dövlət qurumları tərəfindən 2019-cu ildə keçirilən ən böyük məbləğli tenderlər məlum olub.
Eləcə də bax: Azərbaycanda ən kiçik dövlət tenderi – CƏMİ 6 MANAT - SİYAHI
FED.az xəbər verir ki, bu il ən böyük tenderi “Bakı Metropoliteni” QSC keçirib. Metropolitenin istismarda olan vaqonların təmiri üçün keçirdiyi tenderin məbləği 208 milyon 784 min 374 manatdır. Tenderin qalibi “Nəqliyyat Təmir-təhcizat” MMC olub.
Bundan başqa Səhiyyə Nazirliyinin 3, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 tenderi ən böyük məbləğli tenderlərin siyahısındadır.
FED.az 2019-cu ildə Azərbaycanda dövlət qurumları tərəfindən keçirilən ən böyük məbləğli tenderlərin siyahısını təqdim edir.