Bazar araşdırmaları üzrə ekspert Rəkam Bağırov Yeni İl tətili günlərində Azərbaycanın Gürcüstan və İranla sərhədindəki vəziyyətlə bağlı fikirlərini bölüşüb.
FED.az xəbər verir ki, R.Bağırovun sözlərinə görə, İranda sərhədi keçən kiimi rüşvət başlayır, Gürcüstan sərhəd xidməti isə Azərbaycanlı həmkarlarından qat-qat yavaş işləyir.
R.Bağırov yazır:
«Gömrük və Sərhəd məntqələri üzrə müşahidəm... Çox qısa yazıram.
İş elə gətirdi ki, son 2 ay ərzində (Noyabr) həm Biləsuvar sərhəd məntəqəsindən Naxçıvana maşınla keçid etdim və əksinə, həm də (Yanvar) Gürcüstana qatarla getdim və geri dönəndə isə (qatar uyğun olmadığı üçün) sərhəd məntəqəsindən maşınsız (məntəqədən taksi ilə Bakıya) keçid edəsi oldum.
Əziz Azərbaycanlılar, hazırda qonşularımızla müqayisədə Azərbaycan Gömrükçüləri və Sərhədçilərimizə Dərin Təşəkkürlər... :)
Məlumatınız olsun, İranda qapıdan girəndən çıxana kimi rüşvət baş alıb gedir. Rüşvətin azı çoxu olmur: biri deyir 2 manat çay pulu, biri deyir 3 manat çay pulu, biri deyir veşlərin maşında qalsın 15 manat ver vəs. Hətta benzının fərqini bizdən alırlar, sənədlərini də ki, normal qiymətin üstünə bir az da əlavə edib düzəldib verirlər sənə. Etiraz edəndə də gecikdirmək ehtimalı 100%-dir. Hətta mən bir dəfə etiraz edəndə adam deyir istəsəm səni buraxmaya da bilərəm (!). Gedəndə də qayıdanda da eyni prosedur.
Azərbaycanda həm Biləsuvar, həm də Naxçıvan sərhədçiləri və Gömrükçüləri necə gülərüzlə qarşılayıb yola saldılarsa, doğrusu təccüblənmişdim də. Bir qəpiksiz.. Təkrar edirəm bir qəpiksiz..
Gələk Gürcüstana. Qatarla gedəndə bizim sərhədçilər 40 dəqiqəyə bütün vaqonu (pasport kontrol) yoxlayıb bitirdilər. Hətta bir-bir kupenin birinə çağırıb yoxlanış üçün şəkil də çəkdilər. Amma prosedura baxmayaraq cəmi bütün vaqonun yoxlaması 40 dəq çəkdi.
Keçdik Gürcüstan sərhədçilərinin yoxlamasına. Düz 3 saat.. Təkrar edirəm 3 saat yoxlama. Deyilənə görə bizimkilər 4 nəfərlə (4 yoxlama kompyuteri ilə) yoxladıqları halda, Gürcülərin 1 ədəd kompyuteri var imiş. 3 saat yoxlama bizi qatardan çəkindirdi.
Qayıdarkən taksi ilə qayıtmaq qərarı verdik. Amma eşitmişdim ki, nəbadə qırmızı körpü keçid məntəqəsindən istifadə edəsiniz. Gürcü tərəfi mükəmməldir, amma bizimkilər 3 saat gözlədir, falan-filan. Dedik burnumzdan gələcək. Gəldik məntəqəyə, amma hər şeyin əksini gördük. Gürcü tərəfi və bizim tərəfi keçib taksiyə əyləşməyimiz birlikdə cəmi 30 dəqiqə çəkdi. Hər iki tərəfdə 15-15 dəqiqə. Bizim gömrük və sərhədçilər daha gülərüzdür. ŞOK olmuşdum. Gözləntilərimin tam əksi..
Bunu yazmamaq mümkün deyildi..
PS. Onu da qeyd etməliyəm mütləq. Hər iki ölkədə - İranda və Gürcüstanda bizə pul dağarıcığı kimi, para makinası kimi baxırlar xəbəriniz olsun. Kasıb olduqları hər hallerinden belli..».