İlkin məlumatlara görə, 2021-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri 32 milyard 321 milyon manat və ya hər nəfərə orta hesabla 3228,4 manat təşkil etmişdir.
Eləcə də bax: Azərbaycandakı işsizlərin sayı - Açıqlandı
FED.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6% artıb.
2021-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə5,1 faiz, qeyri-ərzaq malları üzrə 4,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 3,9 faiz artıb.
2021-ci ilin yanvar-iyun aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq 724,4 manat təşkil etmişdir. (Marja)