Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard 134,5 milyon manat olub.
Bu barədə FED.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə real ifadədə 11 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 778,8 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 83,3 %-ni təşkil edib.