Bu ilin yanvar-mart aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 399,6 milyon manat olub.
Bu barədə FED.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2% çoxdur.
Birinci rübdə paytaxtda hüquqi şəxslərin ictimai iaşə dövriyyəsi 230,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 57,7%-ni təşkil edir.