Bu ilin yanvar-sentyabr aylarında istehlakçıların tәlәbatlarının ödәnilmәsi mәqsәdilә satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәri 33,5 milyard manat olmaqla 2019-cu ilin eyni dövrünә nisbәtәn müqayisәli qiymәtlәrlә 7,7 faiz azalıb.
Eləcə də bax: Dünya Bankı Azərbaycanın istehlak bazarı üzrə - Proqnozunu Yeniləyib
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlәt sektorunun tәsәrrüfat subyektlәri tәrәfindәn satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәri 2019-cu ilin eyni ayları ilә müqayisәdә 7,4 faiz azalaraq 32,3 milyard manata bәrabәr olub, onun 49,6 faizi fәrdi sahibkarların fәaliyyәti sayәsindә formalaşıb. Hesabat dövründә istehlak bazarında bir istehlakçı orta hesabla ayda 373,5 manat vә ya 2019-cu ilin eyni dövrünün göstәricisindәn nominal ifadәdә 22,4 manat az vәsait xәrclәyib. (Azərtac)