Kamboca Azərbaycanla iqtisadi əməkdaşlığın yeni mərhələsi çərçivəsində investorlara gənc işçi qüvvəsi, liberal biznes mühiti və 12 ilə qədər vergi güzəştləri də daxil olmaqla bir sıra üstünlüklər təklif etməyə hazırdır.
Azərbaycan və Kamboca arasında vergi və ticarət sazişləri imzalanıb - İkiqat vergitutmanı aradan qaldırır
FED.az xəbər verir ki, bu barədə Kambocanın Baş naziri Hun Manet Azərbaycan-Kamboca Biznes-Forumu zamanı bildirib.
O vurğulayıb ki, milli iqtisadiyyat xarici investorlar üçün cəlbedici olan altı əsas rəqabət üstünlüyünə malikdir.
Baş nazir onlardan birincisi kimi enerjili və texniki cəhətdən savadlı işçi qüvvəsini göstərib: "Kamboca vətəndaşlarının 60 %-nin 35 yaşı tamam olmayıb. İkinci üstünlük 12 ilə qədər müddətə vergilərdən azad edilməni, müəssisəyə tam xarici mülkiyyət hüququnu, həmçinin kapitalın xaricə çıxarılması üçün hər hansı maneənin olmamasını nəzərdə tutan açıq və liberal biznes mühitidir". (Report)













