Dövlət Gömrük Komitəsi “Azərmaş Park” MMC ilə sərnişin motorlu avtomobillərin satın alınması ilə bağlı 215 min 200 manatlıq müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bundan başqa, dövlət qurumu “Nsmedikal” MMC ilə baytarlıq avadanlıqlarının satın alınması ilə bağlı 119 min 121 manatlıq satınalma müqaviləsi imzalayıb.
Ən iri həcmili müqavilə “Avtomatikaaz” MMC ilə imzalanıb. Belə ki, yük maşını və ya dəmiryolu tərəzisinin satın alınması ilə bağlı şirkətə 2 milyon 418 min 784 manat ödənilib.
DGK-nın imzaladığı üç satınalma müqaviləsinin ümumi dəyəri 2 milyon 753 min 105 manat təşkil edib.
“Avtomatikaaz” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Səmədov Xalid Azad oğludur. Şirkət Bakı şəhəri, Neftçala rayonu, A.Cəfərov ev.4, m.15 hüquqi ünvanında yerləşir.
“Nsmedikal” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 73,5 min manat, qanunu təmsilçisi Sadiqov Vurğun Nurəli oğludur. MMC Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr. Ev.187, m.63 hüquqi ünvanında yerləşir.
“Azərmaş Park” MMC 2019-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Hüseynov Anar Adil oğludur. Şirkət Bakı şəhəri, Nəsimo rayonu, Süleyman Rəhimov, ev.195, m8 hüquqi ünvanında yerləşir.














