2026-cı il üzrə İqtisadiyyat sahəsində Nobel mükafatının qalibləri açıqlandı.
Sülh üzrə Nobel mükafatı ona verildi
2026-cı il üzrə İqtisadiyyat sahəsində Nobel mükafatına amerikalı iqtisadçılar Robert E. Hall və Michael Woodford layiq görülüblər.
FED.az xəbər verir ki, bu barədə oktyabrın 12-də İsveç Kral Elmlər Akademiyası məlumat yayıb.
İqtisadçılar “makroiqtisadi sabitləşdirmənin mikroiqtisadi əsaslarının yaradılmasına görə” mükafatlandırılıblar.
İqtisadiyyatın sabitləşdirilməsi sahəsində tədqiqatlar
Laureatların tədqiqatları fərdlərin və şirkətlərin iqtisadi qərarlarının bütövlükdə iqtisadiyyatın fəaliyyətinə, inflyasiyaya, məşğulluğa və pul siyasətinin nəticələrinə necə təsir etdiyinin anlaşılmasına töhfə verib.
Robert Hall xüsusilə əmək bazarı, istehlak davranışı və iqtisadi tsikllər üzrə tədqiqatları ilə tanınır.
Michael Woodford isə pul siyasəti, faiz dərəcələri, inflyasiya gözləntiləri və mərkəzi bankların iqtisadi sabitləşdirmədə rolu ilə bağlı araşdırmaları ilə məşhurdur.
Onların elmi işləri müasir makroiqtisadi modellərin və mərkəzi bankların pul siyasətinin nəzəri əsaslarının inkişafında mühüm rol oynayıb.
Laureatlar 1,2 milyon dollarlıq mükafatı bölüşəcəklər
2026-cı il üzrə İqtisadiyyat sahəsində Nobel mükafatının məbləği 12 milyon İsveç kronu, təxminən 1,2 milyon ABŞ dolları təşkil edir.
Mükafat iki laureat arasında bərabər bölüşdürüləcək. Beləliklə, hər biri 6 milyon İsveç kronu alacaq.
Mükafatların təqdimetmə mərasimi ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin vəfatının ildönümündə keçirilir.
XXX
İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən 2026-ci il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə "Sveriges Riksbank" mükafatının laureatları məlum olub.
“Nobelprize.org” xəbər verir ki, Robert E. Hall və Michael Woodford sözügedən sahə üzrə 2026-cı ilin laureatı elan edilib.
Onlar bu mükafata makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsaslarının tədqiqinə görə layiq görülüb.
2025-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına kimlər layiq görülmüşdü?
Xatırladaq ki, Joel Mokir, Filippe Aghion və Peter Houitt sözügedən sahə üzrə 2025-ci ilin laureatları elan edilib.














