Bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 173 manat təşkil edib.
Gələn ildən artırılacağı gözlənilən minimum əməkhaqqı kimlərə şamil olunacaq? - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə orta əməkhaqqı 1 173 manat olsa da, elə sahələr var ki, orta əməkhaqqı ölkənin orta əməkhaqqısından dəfələrlə çoxdur.
Belə sahələrdən birincisi mədənçıxarma sənayesidir. Bu sahədə işləyənlərin orta aylıq əməkhaqqı 4 min 207,2 manatdır. Bu ölkənin orta əməkhaqqıdan 3,6 dəfə çoxdur.
Maliyyə və sığorta fəaliyyəti ilə məşğul olanların orta aylıq əməkhaqqı 3 min 102,1 manat olub ki, bu da, ölkə üzrə orta əməkhaqqıdan 2,6 dəfə daha çoxdur.
Bundan başqa, informasiya və rabitə sektorunda çalıışanların da orta əməkhaqqı 2 min 130,2 manat təşkil edib.
Daha ətraflı:
















