Dünya Bankı bu il Azərbaycanda istehlak bazarının 5,2% azalacağını proqnozlaşdırır.
Eləcə də bax: Dünya Bankı: Azərbaycanın cari əməliyyatlar hesabı gələn il - Profisitə Qayıdacaq
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yenilənmiş hesabatında qeyd olunub.
Bildirilir ki, 2021-ci ildə bu göstərici 1,3%, 2022-ci ildə isə 2,2% artacağı gözlənilir. Halbuki Dünya Bankının cari ilin aprel proqnozunda Azərbaycanda istehlak bazarının 2020-ci ildə 0,5%, 2021-ci ildə 3,2%, 2022-ci ildə isə 3,3% artacağını bildirirdi.
Qeyd edək ki, istehlak bazarı Azərbaycandakı istehlakçıların şəxsi tәlәbatlarının ödәnilmәsi mәqsәdilә satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәrini əhatə edir.
Xatırladaq ki, 2019-cu ildə ölkədə istehlakçıların 50,7 mlrd. manat dəyərində məhsullar və xidmətlər alıb. Bu da 2018-ci il ilə müqayisədə 3,6% çoxdur.
Ən son statistik məlumatlara əsasən, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak bazarı illik ifadədə 7,5% azalaraq 29,4 mlrd. manat təşkil edib. (Apa)