“Mars Overseas Baku LTD” MMC (VÖEN: 9900006521) nizamnamə kapitalını azaldır.
Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyon 140 min 766 manat olan şirkətin kapitalının nə qədər azaldığı qeyd olunmur.
Onu da bildirək ki, ötən ayın sonunda “Mars Overseas Baku LTD” MMC-ə başqa bir şirkət - “Novara Capital” MMC-nin (VÖEN: 1407780531) qoşulmuşdu və sonuncu şirkətin fəaliyyətinə xitam verilmişdi.
Qeyd edək ki, bu qoşulmadan əvvəl “Mars Overseas Baku LTD” MMC-nin nizamnamə kapitalı 113 milyon 823 min 716 manat idi. 1998-ci ildə yaradılmış şirkətin qanuni təmsilçisi Sadaylı Qəhrəman Ramiz oğludur. Şirkət Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev. Cənub Hissəsi hüquqi ünvanında yerləşir.
“Mars Overseas Baku LTD” MMC yerli bazarda müxtəlif çeşiddə məhsulların distribusiya və satışını həyata keçirir. 1999-cu ildə əsası qoyulan "Mars Overseas" dünyanın aparıcı şirkətlərindən biri olan "PepsiCo" ilə tərəfdaşlıq müqaviləsi bağlayıb.
Bu müqavilə “Mars Overseas” şirkətinə “PepsiCo” məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüquqlarını verir. Şirkət Pepsi, Mountain Dew, Lay’s, Jala, Natura, Mia və Bağdan kimi tanınmış brendlərin yer aldığı meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların (сipsilərin) satışı üzrə ixtisaslaşıb.














