2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 51 milyard 178,1 milyon manatlıq sənaye məhsulu istehsal edilib.
FED.az Dövlət Statistika Komitəsinin 2026-cı ilin 9 ayı üzrə “Əsas makroiqtisadi göstəricilərin icmalı”na istinadən xəbər verir ki, sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8% azalıb.
Müqayisə üçün, 2026-cı ilin yanvar–avqust aylarında sənaye istehsalında illik azalma 0,4% olmuşdu.
Beləliklə, 9 aylıq dövr üzrə sənayedə azalma tempi ilk 8 ayın göstəricisindən 0,4 faiz bəndi yüksəkdir.
Qeyri-neft sənayesində 5,4% artım
2026-cı ilin ilk 9 ayında Azərbaycanın qeyri-neft-qaz sənayesində 16 milyard 558 milyon manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,4% artım deməkdir. 2026-cı ilin yanvar–avqust aylarında da qeyri-neft-qaz sənayesi üzrə illik artım 5,4% təşkil etmişdi.
Ümumi sənaye istehsalında 0,8%-lik azalma qeydə alınmasına baxmayaraq, qeyri-neft-qaz sənayesində müsbət dinamika qorunub.













