Bu ilin yanvar – sentyabr ayları ərzində Azərbaycanda müxtəlif sahələrdə mal və xidmət alan vətəndaşlara 157 milyon manatdan artıq ƏDV geri qaytarılıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Xatırladaq ki, ƏDV-nin geri qaytarılması pərakəndə ticarət obyektlərində (marketlərdə), restoranlarda, teatr, kinoteatr, muzey, simfonik konsert, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər ə xərclənən pullarda mümkündür. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdəki mehmanxanalara (hotellər) xərclənən pullardan da ƏDV geri qaytarılır.
Bütün bu xidmətlərə görə, ödənilmiş ƏDV-nin əhaliyə qaytarılmış hissəsi 157 milyon 192,1 min manat olub.
Həmçinin, bu dövrdə xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”) məbləği 7 milyon 319,2 min manat təşkil edib.













