Sosial Xidmətlər Agentliyi (VÖEN: 1405196831) fiziki şəxs Əlisoy Natiq Hüsyn oğlu (VÖEN: 0800049862) ilə satınalma müqaviləsi imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Astara rayonunda 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı mənzilin satın alınması nəzərdə tutulub.
Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 3 milyon 428 min 932 manat təşkil edir.
Qeyd edək ki, Agentliklə Əlisoy Natiq Hüsyn oğlu arasında bu ilin avqust ayında əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı 1 milyon 444 min 840 manatlıq, ötən ilin mart ayında isə əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Salyan rayonunda 32 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı 2 milyon 197 min 760 manatlıq satınalma müqaviləsi imzalanıb.
Tərəflər arasında imzalanmış 3 müqavilənin dəyəri 7 milyon 71 min 532 manat təşkil edib. Fiziki şəxs dövlət qurumuna 128 ev satıb.














