Avtomobil almaq üçün vəsait tapmağın ən geniş yayılan üsullarından biri də banklardan kredit götürməkdir.
FED.az xəbər verir ki, Azərbaycanda avtomobil almaq üçün nağd kredit götürmək təcrübəsi uzun müddətdir mövcuddur. Vaxtilə Mərkəzi Bank avtomobil kreditləri üçün olduqca sərt qadağalar tətbiq edəndən sonra banklardan avtomobil kreditləri götürmək faktiki olaraq mümkün deyildi.
Bir neçə il davam edən bu boşluğu lizinq şirkətləri və müxtəlif maliyyə vasitəçiləri doldurmağa başladı. Bundan sonra bankların bu sektordan kənarda qalması mənasını itirdi. Nəticədə hazırda bəzi banklar avtomobil almaq üçün ayrıca kredit məhsulu təklif edirlər.
FED.az biznes və maliyyə xəbərləri portalı bu dəfə bankların avtomobil krediti şərtlərini araşdırıb.
Araşdırma zamanı məlum olub ki, bankların ayırdığı avtomobil kreditinin maksimum məbləği 200 min manata qədər çatır.
Avtomobil kreditlərinin illik faiz dərəcəsi çox fərqlidir və ayrı-ayrı banklarda illik 12%-dən 41% faizədək dəyişir. Avtomobil kreditində komissiyalar da müxtəlifdir: kreditin 0,5%-2%-i həddində. Maksimum kredit müddəti isə 60 aya qədər təşkil edir.
Avtomobil kreditlərində digər əsas məsələ ilkin ödənişdir. İlkin ödəniş avtomobilin istehsal ilindən, elektromobil, hibrid və ya digər avtomobil olmasından asılı olaraq da dəyişir. İlkin ödəniş adətən 10%-dən başlasa da, bəzi banklarda 50-60%-ə qədər yüksəlir. Daha ətraflı:
|
S/N |
Banklar |
Məbləğ |
Müddət |
% |
Komissiya |
Şərtlər |
|
1 |
AFB Bank |
10 000 - 100 000 AZN |
3-60 ay |
15,4%-27,2% |
1% |
Elektromobil: |
|
2 |
Bank of Baku |
80 000 AZN-dək |
6-36 ay |
15,71%-20,73% |
1% |
İlkin ödəniş: Avtomobilin dəyəri 30 000 AZN-dən çox olduqda - min. 40%, Avtomobilin dəyəri 30 000 AZN-dən çox olmadıqda - min. 50% |
|
3 |
Ziraat Bank |
12 ayadək avotombillərin dəyərinin 60%-i qədər, |
24 ayadək |
18,04%-19,04% |
1% |
İlkin ödəniş: |
|
4 |
XalqBank |
250 000 AZN-dək |
59 ayadək |
14,46%-32,32% |
0,5% |
Elektromobil: |
|
5 |
Yapı Kredi Azərbaycan |
3 000 AZN-dən |
3-59 ay |
16,8%-26,2% |
0,60% |
İlkin ödəniş tələbi avtomobilin növünə və buraxılış ilinə görə, fərdi yanaşma əsasında müəyyən edilir. |
|
6 |
Azərbaycan Beynəlxalq Bankı ABB |
200 000 AZN-dək |
60 ayadək |
18,64%-41,65% |
0,5% |
İlkin ödəniş |
|
7 |
Turan Bank |
100 000 AZN-dək |
3-48 ay |
13%-16,6% |
1% |
İlkin ödəniş |
|
8 |
Bank Respublika |
100 000 AZN-dək |
59 ayadək |
13,9%-18% |
1-1,5% |
İlkin ödəniş min. 10% |
|
9 |
Kapital Bank |
200 000 AZN-dək |
59 ayadək |
15,5%-20,5% |
2% |
İlkin ödəniş: |
|
10 |
Rabitəbank |
200 000 AZN-dək |
36 ayadək |
17,93%-19,73% |
1% |
İlkin ödəniş: |
|
11 |
Bank Avrasiya |
100 000 AZN-dək |
59 ayadək |
12,23%-17,09% |
0,5%-1% |
İlkin ödəniş min. 10% |
|
12 |
Yelo Bank |
|
|
|
|
|
|
13 |
Bank Melli İran |
25 000 AZN-dək |
60 ayadək |
|
1% |
- |















