“Yapı Kredi Bank Azərbaycan” cari ilin üçüncü rübünün nəticələrini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, üçüncü rübün sonuna olan vəziyyətə görə, şirkətin faiz gəlirləri 51 milyon 782 min manat olub. Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 14 milyon 478 min manat və ya 38,8% çoxdur.
Faiz gəlirlərinin 39,1 milyon manatı müştərilərə verilmiş kerditlərdən (43,1% çox), 2,5 milyon manatı banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri (2,8 dəfə çox), 5,9 milyon manatı banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri (25,5% çox), 3,9 milyon manatı ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri, 416 min manatı digər gəlirlərin payına düşüb.
Hesabat dövründə bankın faiz xərcləri 19 milyon 308 min manat olub ki, bu da, illik müqayisədə 10 milyon 941 min manat, yaxud da 2,3 dəfə daha çoxdur.
Faiz xərclərində depozitlər üzrə faizlər 17 milyon 977 min manata (2,4 dəfə çox), cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 1 milyon 330 min manata (33,5% çox) bərabər olub. Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri, pul bazarı alətlərinə ödənilən faizlər, qiymətli kağızlar üzrə faizlər, digər faiz xərcləri olmayıb.
Bəhs olunan dövrün sonunda bankın xalis faiz gəliri illik müqayisədə 3 milyon 537 min manat, yaxud da 12,2% artaraq 32 milyon 474 min manata yüksəlib.
Cari ilin ilk 9 ayında bankın qeyri-faiz gəlirlərinin həcmi 24 milyon 348 min manat olmaqla, illik müqayisədə 3 milyon 312 min manat (15,7%) artıb.
Qeyri-faiz gəlirlərində alınan haqq və kommisiya gəliri 17 milyon 838 min manata (17,5% çox), xarici valyutadan gəlir 5 milyon 347 min manat (4,6%), digər qeyri-faiz gəlirləri 1 milyon 162 min manat təşkil edib. Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir və ya zərər olmayıb.
Qeyri-faiz xərcləri isə 38 milyon 83 min manat olmaqla, ötən ilin eyni dövrünə nəzərən 2 milyon 579 min manat və ya 7,3% çox olub.
Qeyri faiz xərclərində əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 14 milyon 174 min manat (13% çox), ümumi və inzibati xərclər 7 milyon 45 min manat (5,4% az), amortizasiya xərcləri 3 milyon 435 min manat (22,3% çox), digər qeyri-faiz xərcləri 13 milyon 429 min manat (5,8 çox) olub.
Mümkün zərərlər üçün yaradılan ehtiyatların həcmi 1 milyon 527 min manat (28,1%) artaraq 6 milyon 970 min manata yüksəlib.
Mənfəət vergisindən əvvəlki mənfəət 11 milyon 768 min manat, mənffət vergisi xərci 2 milyon 522 min manat olub.
Yekunda “Yapı Kredi Bank Azərbaycan”ın dövr üzrə xalis mənfəəti 9 milyon 247 min manat olub. Bu, illik müqayisədə 1 milyon 535 min manat və ya 19,99% artım deməkdir.
Cari ilin sentyabr ayının sonunda bankın cəmi aktivləri 1 milyard 8,9 milyon manat olmaqla, ötən ilin sonuna nəzərən 216,2 milyon manat və ya 27,3% arıb.
Aktivlərin 55,8%-ini kredit portfeli təşkil edib. Kredit portfeli son 9 ayda 96 milyon manat (20,5%) artaraq 563,2 milyon manata yüksəlib. İstehlak kreditləri 101,3 milyon manat (4,3 milyon manat / 4,4% çox), biznes kreditləri 391,3 milyon manat (82,8 milyon manat / 26,8% çox), daşınmaz əmlak kreditləri 70,6 milyon manat (8,9 milyon manat / 14,4% çox) olub.
“Yapı Kredi Bank Azərbaycan” ölkədə ən böyük nağd vəsaitlərə malik olan banklardandır – 9 ayın sonuna bankın nağd pul vəsaitləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 257,4 milyon manata çatıb, 9 ayda 15,9 milyon manat artım olub.
Qiymətli kağızlara yatırımlar da 60,6 milyon manat və ya 2,1 dəfə artaraq 116,1 milyon manat olub.
Banklar və digər maliyyə institutlarına verilən kreditlərin həcmi 29,7 milyon manat və ya 2,8 dəfə artaraq 46,3 milyon manata yüksəlib. Banklar və digər maliyyə institutlarındakı depozitlər olmayıb.
Hesabat dövrünün sonunda “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlkilərinin həcmi 872,5 milyon manat olub. Öhdəlkilərin həcmi ötən ilin sonuna nəzərən 203,3 milyon manat və ya 30,4% artıb.
Son 9 ayda bankda depozit portfeli 102,9 milyon manat və ya 19,5% artaraq 630,6 milyon manata çatıb.
Bankda fiziki şəxslərin depozitləri 105,5 milyon manat (9,4% artım), hüquqi şəxslərin depozitləri isə 525,1 milyon manat (21,7% artım) təşkil edib.
2026-cı ilin üçüncü rübünün sonunda “Yapı Kredi Bank Azərbaycan”ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərin həcmi 219 milyon manat olub ki, bu da, 2025-ci ilin sonundakı 122,5 milyon manatdan 78,8% çoxdur.
Hesabat dövrünün sonunda “Yapı Kredi Bank Azərbaycan”ın cəmi kapitalı 136,4 milyon manat olub ki, bu da, ötən ilin sonundakı 123,6 milyon manatdan 12,8 milyon manat və ya 10,4% çoxdur.






![“Yapı Kredi Bank Azərbaycan”ın aktivləri - [red]1 MİLYARDI KEÇDİ – [/red] [red]MƏNFƏƏTDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/3774017.jpg)
![“Yapı Kredi Bank Azərbaycan”ın aktivləri - [red]1 MİLYARDI KEÇDİ – [/red] [red]MƏNFƏƏTDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/1430338.jpeg)
![“Yapı Kredi Bank Azərbaycan”ın aktivləri - [red]1 MİLYARDI KEÇDİ – [/red] [red]MƏNFƏƏTDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/884590.jpeg)









