Cari ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,5 faiz artaraq 872,8 milyon manat olub.
Restoran və kafelərdə ƏDV-nin qaytarılması - NECƏ APARILIR?
Bakı Şəhər Statistika İdarəsindən FED.az-a bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 516,4 milyon manat olub. Bu da ümumi dövriyyənin 59,2 faizini təşkil edib.