Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizi istehlakçılara geri qaytarılır.
Sahibkarların vergi yükü - AZALDILACAQ
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sözügedən maddəyə görə, ictimai iaşə xidmətinin 0 faiz dərəcə ilə ƏDV-yə cəlb edilməsi mümkün deyil.
Eyni zamanda, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Bu halda, vergitutma obyektindən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.