Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20% artıb.
Eləcə də bax: Azərbaycanda orta aylıq əməkhaqqı - 14% ARTIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin 6 ayında əhalinin nominal gəlirləri 32 959,7 milyon manat təşkil edib.
Qeyd edək ki, son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir 19,4 % artaraq 3 280 manata çatıb. (Apa)