2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 22 077 milyon manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə gəlirlər 324,5 milyon manat və ya 1,4% azalıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 22 401,5 milyon manat təşkil edib.