2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 951,2 min ton avtomobil benzini istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə avtomobil benzininin istehsalı 167 min ton və ya 21,3% artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 784,2 min ton təşkil edib.
2023-cü ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 22,1 min ton təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 14,3 min ton yaxud 39,3% azdır.
2022-ci ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 36,4 min ton olub.