2023-cü ilin birinci yarımili ərzində ölkədə 8.1 min iş yeri bağlanıb.
Azərbaycan əhalisinin gəlirləri - 15% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Bu dövrdə bağlanmış iş yerlərinin 48.1 faizi qeyri-dövlət sektorunun payına düşüb.
İş yerlərinin 54 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 46 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.