Son Xəbərlər

Natiq Əmirov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib SƏRƏNCAM

Natiq Əmirov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib SƏRƏNCAM | FED.az
16:47 28 Avq 2017

Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

FED.az xəbər verir ki, Prezident İlham Əliyev sərəncamı ilə N. Əmirov Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

SƏRƏNCAM:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Natiq Ərziman oğlu Əmirov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2017-ci il.

Digər xəbərlər