Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.
O, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canalidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək.
Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir.
Mixeil Canalidze bu gün axşam saatlarında Bakıya gələcək.
Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.
Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq.