Dünən bəzi KİV-lərdə “Bakıda maraqlı əyləncə: Yaxta turu” başlıqlı xəbər paylaşılıb. Tur xəbərində bildirilir ki, səyahət iyulun 9-da 3 müxtəlif vaxtda baş tutacaq. Toplanış yeri kimi isə Dənizkənarı Milli Parkda yerləşən Yaxt Klubun qarşısı müəyyənləşdirilib. Elə turun da buradan başlanacağı qeyd edilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən FED.az-a bildirilib ki, belə bir turun keçirilməsi ilə bağlı quruma hər hansı bir müraciət daxil olmayıb. Cəmiyyətin balansında olan yaxtalardan heç biri sözügedən tur üçün ayrılmayıb. Ümumiyyətlə, dövlət obyekti olan “Yaxt Klub” ərazisindən yaxta və gəmi gəzintiləri təşkil edilmir. Yaxt Klub ərazisinə rəsmi icazəsi olmayan şəxslərin girişi də qadağandır.
“AXDG” QSC KİV-də yaxta turu ilə bağlı yayılan xəbərə görə məsuliyyət daşımır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” yaxta turlarına aydınlıq gətirib
14:07
5 İyul 2017