Xatırladaq ki, dünən axşam, yerli vaxtla saat 23:30 radələrində İstanbul şəhərinin Beşiktaş rayonunda dalbadal iki partlayış baş verib. Terror aktlarının əsas hədəfi polis əməkdaşları olub. Hadisəni törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.
Partlayışlardan biri bomba yüklü avtomobil, digəri isə kamikadze tərəfindən törədilib.
Türkiyədə terror hadisəsinin qurbanlarının xatirəsinə birgünlük matəm elan olunub.
Hadisə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.