«Xalq Sığorta» müxtəlif bölgələr üzrə sığorta agentlərini işə dəvət etməyə başlayıb. FED.az xəbər verir ki, şirkət Ağsu, Horadiz, Kürdəmir, Saatlı, Sabirabad, Şamaxı, Şəmkir, Şirvan, Ucar bölgələrində “Satış üzrə agentlər” axtarır.
Namizəddən tələblər:
✔ Cinsi: kişi
✔ Yaş həddi: 25-30
✔ Dil bilikləri: Azərbaycan dili (Rus dilini bilmək arzuolunandır)
✔ Komputer bilikləri: MS Office proqramları
✔ Əlavə: sürücülük vəsiqəsi arzuolunandır.
Vəzifəyə dair tələblər:
✔ Danışıq aparmaq və müştərilərlə işləmək qabiliyyəti;
✔ Müştərilərin axtarışı və cəlb edilməsi;
✔ Ünsiyyətcil, məsuliyyətli, təmkinli, komanda işi;
✔ Riyazi hesablama bilikləri;
✔ Müraciət olunan region haqqında məlumatlı olmaq.
İşin təsviri:
✔ Müxtəlif sığorta növləri üzrə müştərilərə məsləhətlərin verilməsi;
✔ İstənilən sığorta növü üzrə sığorta şəhadətnamələrinin tərtibi, müştəri haqqında informasiyanın məlumat bazasına daxil edilməsi;
✔ Mövcud müştərilərlə və daxil olan müraciətlərlə aparılan işlərin hesabatının tərtib edilməsi;
✔ Sazişlə bağlı sənədlərin tərtibi və yığılması .
İş şərtləri:
✔ İş vaxtı: 9.00-18.00
✔ İstirahət günü: Bazar günü
Əmək haqqı: 300 AZN
Özünüzü bu işdə görürsünüzsə CV-nizi [email protected] ünvanına göndərin.