Fevralın 17-də, saat 15:00-da "Atasığorta" ASC-in səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: KİV-də ən çox neqativ xəbərləri olan – SIĞORTA ŞİRKƏTLƏRİ
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə şirkətin 2019-cu ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün müstəqil auditorun təyin edilməsi və digər məsələlər daxildir. Səhmdarlar yığıncağın gündəliyi üzrə materiallarla Bakı şəhəri, Nəsimi rayonu, Z.Əliyeva küçəsi 55, Yeni Həyat Plaza ünvanında tanış ola bilərlər.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.