Azərbaycanda KİV-də ən çox neqativ xəbərləri dərc edilən sığorta şirkətlərinin adları məlum olub.
FED.az “Media Consulting & Sevices” (MC&C) media monitorinq qrupunun 2019-cu ilin dekabr ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, bu dövr ərzində haqqında ən çox neqativ xəbərlər dərc olunan şirkətlər- “AzSığorta”, “AzərSığorta Dövlət Sığorta Kommersiya Şirkəti”, “Paşa Sığorta”, “AXA MBASK” və “AtaSığorta” şirkətidir.
Eləcə də bax: 105 min dollarlıq «Lexus» üçün - 250 MİNLİK ÖDƏNİŞ TƏLƏBİ – MƏHKƏMƏ QƏRARI
Ötən ilin dekabr ayı ərzində ölkə mətbuatında “AzSığorta” haqqında 23 neqativ xəbər, “AzərSığorta Dövlət Sığorta Kommersiya Şirkəti” haqqında 18, “Paşa Sığorta” haqqında 15, “AtaSığorta” haqqında isə 5 şikayət və digər neqativ xarakterli məlumat dərc edilib.
Qeyd edək ki, monitorinq qrupunun açıqladığı hesabata əsasən, sığorta şirkətləri ilə bağlı yayılan ümumi xəbərlərdə neqativ xəbərlərin xüsusi çəkisi 12%, neytral 42%, pozitiv isə 46% təşkil edib.
Xatırladaq ki, neqativ xarakterli xəbərlərin hesabatı şirkətlər haqqında bir və bir neçə xəbərin mediada dərc edilməsi sayı üzrə hesablanıb.
Sığorta Şirkətləri |
Neqativ xəbərlərin sayı (2019, dekabr) |
AzSığorta |
23 |
Dövlət Sığorta Şirkəti |
18 |
Paşa Sığorta |
15 |
AtaSığorta |
5 |