Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta sektorunda verilmiş, qüvvəsi bərpa edilmiş lisenziyaları açıqlayıb.
ELƏCƏ DƏ BAX : Prezident müştərək sığorta ilə bağlı - QANUNU İMZALADI
Palatadan bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 86.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq MBNP-nin idarə heyətinin 2019-cu il 14 avqust tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Manafov Firuz, Babayev Coşqun, Musayev Ədnan, Qurbanlı Qurban, Məcnunov Müşfiq və Mustafayev Adilə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.
İdarə heyətinin eyni tarixli qərarı ilə Qanunun 111.1-ci maddəsinə və Palatanın nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Əliyeva Səriyyəyə sığorta agenti fəaliyyətinə verilmiş 2018-ci il 5 oktyabr tarixli, SA-0086 nömrəli lisenziyanın qüvvəsi bərpa edilib.