Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib. FED.az xəbər verir ki, dəyişikliyə əsasən
“Sığorta fəaliyyəti haqqında” Qanuna aşağıdakı məzmunda 1.1.2-1-ci, 1.1.2-2-ci və 1.1.3-1-ci maddələr əlavə edilib:
ELƏCƏ DƏ BAX : Sığortaçılar üçün keçirilən attestasiyanın - NƏTİCƏLƏRİ AÇIQLANIB
1.1.2-1. müştərək sığorta – müştərək sığorta fondu hesabına sığorta ödənişinin verilməsi, risklərin, o cümlədən fondda yaranan gəlir və zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;
1.1.2-2. müştərək sığorta fondu – fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusu;”;
“1.1.3-1. müştərək sığortaçı – müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçı;”.
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.