Bu ilin ən zəif göstəriciləri olan sığorta şirkətlərinin adları məlum olub. FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin yanvar-fevral ayları üzrə açıqladığı hesabata əsasən xəbər verir ki, bir sıra sığorta şirkəti həm sığorta ödənişləri, həm də sığorta haqlarına görə ən zəif nəticəni göstəriblər.
Qeyd edək ki, 5 ən aşağı göstərici olan sığorta şirkətindən 3-ü "Rəvan Sığorat", "Amrah Sığorta" və "Naxçıvansığorta" həm sığorta haqlarında, həm də sığorta ödənişlərində ən zəif göstəriciyə malik olublar.
Sığorta haqlarına görə ən aşağı göstəriciləri olan şirkətlər:
Eləcə də bax: “PAŞA Sığorta”dan “Meqa Sığorta”ya transfer
Sığorta şirkətlərinin adları | min manat |
“Rəvan Sığorta” | 424,6 |
“Günay Sığorta” | 384,9 |
“Bakı Sığorta” | 120,5 |
“Amrah Sığorta” | 60,6 |
“Naxçıvansığorta” | 35,6 |
Sığorta şirkətlərinin adları | min manat |
Azərbaycan Sənaye Sığorta | 166,9 |
“Rəvan Sığorta” | 43,4 |
“İpək Yolu Sığorta” | 40,8 |
“Amrah Sığorta” | 38,3 |
“Naxçıvansığorta” | 0,9 |