“Meqa Sığorta” ASC-nin 4 departamentindən birinə yeni rəhbər təyin olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Sığorta Şirkətinə yaxın mənbə bildirir.
“Meqa Sığorta”nın Sığorta və Təkrarsığorta Departamentinə direktor Eldar Abbaszadə təyin olunub. Əldə olunan məlumata əsasən E.Abbaszadə vəzifəsinin icrasına 2019-cu ilin aprel ayından başlayıb.
Xatırladaq ki, Eldar Abbaszadə bundan öncə “PAŞA Sığorta” ASC-də çalışıb. O, adıçəkilən sığorta şirkətində heyətinə 2012-ci ildə qoşulub və 2015-dən bu günə qədər isə Anderayter Şöbəsinin müdiri vəzifəsində işləyib.
Bakı Dövlət Unversitetinin hüquq üzrə magistr dərəcəsinə malikdir.
Eləcə də bax: “Access Bank”dan “AFB Bank”a getdi - TƏYİNAT