"AzSığorta" şirkətinin 2025-ci ilin yekunlarına dair mənfəət və zərər hesabatı məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ildə şirkətin cəmi gəlirləri 2025-ci ildə 13 milyon 303 min manat təşkil edib. Bu, 2024-cü ildəki 13 milyon 33 min manat ilə müqayisədə 270 min manat və ya 2,1% artım deməkdir.
Bundan əsas əməliyyat gəlirləri 8 milyon 364 min manata bərabər olub ki, bu da ötən illə müqayisədə 728,9 min manat (təqribən 8%) azalma deməkdir.
İnvestisiya gəlirləri 481 min manat (21,8%) artaraq 2 milyon 682 min manata yüksəlib.
Digər gəlirlər 1 milyon 59 min manata bərabər olub. 2024-cü illə müqayisədə 285 min manatlıq (36,8%) artım qeydə alınıb.
Sığorta şirkətinin cəmi xərcləri 2025-ci ildə 11 milyon 053 min manat təşkil edib. Bu, 2024-cü ildəki göstəricidən 179 min manat və ya 1,6% çoxdur.
Əsas əməliyyat xərcləri 3 milyon 784 min manat təşkil edib, illik müqayisədə 156 min manat (təqribən 4,3%) artım baş verib..
İşlərin aparılması xərcləri 811 min manat (13,8%) artaraq 6 milyon 676 min manat təşkil edib.
Digər xərclər 787,2 min manat (2,3 dəfə azalaraq) 593,6 min manata düşüb.
Maliyyə mənfəəti 2 milyon 250 min manat təşkil edib. Bu, 2024-cü ildəki 2 milyon 159 min manat ilə müqayisədə 91 min manat (4,2%) artım deməkdir.
Mənfəət vergisi 2025-ci ildə 450 min manat olub. Bu, əvvəlki illə müqayisədə 15,7 min manat (təqribən 3,4%) azalıb.
Bütün bu dəyişikliklərdən sonra, "AzSığorta"nın xalis mənfəəti 2025-ci ildə 1 milyon 800 min manat təşkil edib. Bu, 2024-cü ildəki 1 milyon 694min manat ilə müqayisədə 107 min manat (6,3%) artım deməkdir.
Xatırladaq ki, "AzSığorta" şirkəti 2024-cü ilin yekunlarını 1 milyon 694 min manata yaxın xalis mənfəətlə başa vurmuşdu.















