"Atəşgah Sığorta" şirkətinin 2025-ci ilə dair mənfəət və zərər hesabatı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin cəmi gəlirləri 2025-ci ildə 71,1 milyon manat təşkil edib. Bu, 2024-cü ildəki 69,7 milyon manat ilə müqayisədə 1,4 milyon manat (2,0%) artım deməkdir.
Əsas əməliyyat gəlirləri 64 milyon manata, investisiya gəlirləri 2,2 milyon manata, digər gəlirlər 2,1 milyon manata bərabər olub.
Şirkətin cəmi xərcləri 2025-ci ildə 69,6 milyon manat təşkil edib. Bu, 2024-cü ildəki 65,5 milyon manat ilə müqayisədə 4 milyon 126 min manat (6,3%) artım deməkdir.
Xərclərin detalları aşağıdakı kimidir:
Əsas əməliyyat xərcləri 4,5 milyon manat (11,0%) artımla 46 milyon manata çatıb
İşlərin aparılması xərcləri 23 milyon 370 min manat təşkil edərək, ötən illə müqayisədə 1 milyon 470 min manat (6,7%) artıb.
Digər xərclər 236 min manata bərabər olub.
Maliyyə mənfəəti/ 2025-ci ildə 1,5 milyon manat təşkil edib.
Şirkət bu dövrdə 0,3 milyon manat mənfəət vergisi ödəyib.
Bütün bu dəyişikliklərdən sonra, "Atəşgah" Sığorta şirkətinin xalis mənfəəti 2025-ci ildə 1,2 milyon manat təşkil edib.
Xatırladaq ki, "Atəşgah" Sığorta şirkəti 2024-cü ili 3,4 milyon manat xalis mənfəətlə başa vurmuşdu.















