Təchizatçı
Vəzifələr
• Malların satın alınmasını təşkil etmək, mənbəyi seçmək, danışıqlar aparmaq, sifariş yerləşdirmək;
• Artıq xərclərin və çatdırılma geçikmələrinin qarşısını almaq üçün təchizatçılarla sifariş dəyişikliklərini idarə etmək;
• Satıcılarla qiymətləri müzakirə etmək və müqavilələr hazırlamaq;
• Təchizatçıların axtarışı, daimi yeni təkliflərdən xəbərdar olmaq və araşdırmaq, yeni vendorları cəlb etmək üçün təkliflər hazırlamaq;
• Sifarişin həyata keçirilməsini monitorinq etmək;
• Əməliyyatlar sənədlərini hazırlamaq;
• Təchizatçıların siyahısı və məlumat bazasını hazırlamaq;
• Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
• Təchizatçılarla çatdırılma şərtlərini müzakirə etmək;
• Layihə mühəndisləri, komissiya formaları ilə əlaqəli satınalma meyarlarına razılıq vermək və müvafiq şöbə ilə əlaqə saxlamaq;
• Əmtiənin ekspedisiyası, yoxlanılması və sınaqdan keçirilməsi məqsədi ilə müvafiq şöbə ilə yoxlanılması;
• Təchizat prosedurları və siyasətlərini hazırlaması və tətbiqi;
• Sifarişlərdə razılaşdırılmış müddətlər çərçivəsində istehsalçılar tərəfindən texniki sənədlərin çatdırılmasını sürətləndirmək və təsdiq prosesini həyata keçirmək;
• Təchizat menecerini fəaliyyətin gedişatı və / və ya hər hansı kritikliyi haqda mütəmadi qaydada məlumatlandırmaq;
• Daxili və xarici bazarın təhlili və araşdırılması;
• Tender təkliflərini hazırlamaq və iştirak etmək;
• Satın alınan malların sənədlərini təşkil etmək;
• Təchizat büdcəsini hazırlamaq;
• Birbaşa meneceri tərəfindən təchizata aid təyin edilmiş digər vəzifələri yerinə yetirmək;
• Şirkətə ən faydalı şərtlərlə satınalma prosesini həyata keçirmək;
• Təchizat prossesini vaxtında, şirkətin prosedur və prosseslərə uyğun olaraq icra etmək.
Təcrübə, bacarıq və xüsusiyyətlər:
• Ali təhsil
• 5 illik təcrübə
• Yaş həddi 25-50
• Azərbaycan, rus və inqilis dillərini bilməlidir.
• MS Office proqramlarını bilməlidir
• Tikintisi sahəsində materialların satın alınması təcrübəsi.
• Müxtəlif layihələrdə eyni müddətdə təchizat sifarişlərinin idarə edilməsi
• Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması təcrübəsi
• Danışıqların aparılması bacarığı
• Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
• Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
Qeyd
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 08 Dekabr 2017 tarixinədək mövzu sətirində “Təchizatçı” qeyd edərək CV-lərini [email protected] electron poçt ünvanına göndərsinlər.