Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub.
Bakıda məşhur restoran fəaliyyətini dayandırdı
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur.
Doqquz ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 50 %-i hüquqi şəxslərin, digər 50 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
O cümlədən, hüquqi şəxslər üzrə dövriyyənin dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 6,1 % artaraq 1 milyard 149,2 milyon manat olub.














