Azərbaycandakı sığorta şirkətləri 2026-cı ilin 3-cü rübünün nəticələrini açıqlayıblar.
FED,az biznes və maliyyə xəbərləri portalının tərtib etdiyi renkinqə əsasən, bu dövrdə ən zəif maliyyə göstəricisi olan şirkət «Azsığorta» ASC-dir.
Şirkət bu dövrdə digər şirkətlər arasında ən az – 458 247 manat mənfəət əldə edib.
Bu dövrdə “Azsığorta” ASC-nin mənfəəti 2,7 dəfə azalıb, aktivləri və kapitalı əriyib.
Belə ki, yanvar-sentyabr aylarında “Azsığorta” ASC-nin gəlirləri 8,9 milyon manat, xərcləri 8,4 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 1,3 milyon manat (12,7%), xərclər 236 min manat (2,7%) azalıb.
Bu dövrdə “Azsığorta” ASC-nin aktivləri təqribən 1 milyon manat azalaraq 29,8 milyon manat olub. Şirkətin cəmi kapitalı isə 600 min manat və ya 3% azalaraq 19 milyon manati olub.















