Zade Group MMC
Marketinq və satış direktoru
Son tarix 23 noy 2026 - [email protected]
Hotellər şəbəkəsi satış menecerləri və SMM əməkdaşlarından ibarət 10 nəfərlik komandaya rəhbərlik edəcək, marketinq və satış fəaliyyətini kompleks idarə edə bilən, təşəbbüskar və nəticəyönümlü mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri:
- Satış və SMM komandasının işini planlaşdırmaq, tapşırıqların icrasına və nəticələrə nəzarət etmək.
- Müştəri zənglərinin və sosial şəbəkə mesajlarının cavablandırılmasını yoxlamaq, satış keyfiyyətini artırmaq.
- Əməkdaşlara satış təlimləri keçmək, hədəflər müəyyənləşdirmək və performanslarını qiymətləndirmək.
- Reklam kampaniyalarını, marketinq büdcəsini və məzmun hazırlanmasını idarə etmək.
- Bazar və rəqibləri təhlil etmək, yeni müştərilər və tərəfdaşlar cəlb etmək.
- Müştəri bazasını və təkrar əlaqələri nəzarətdə saxlamaq.
- Gündəlik, həftəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək.
- Ehtiyac yarandıqda yeni əməkdaşların seçilməsini, əvəzlənməsini və işə uyğunlaşdırılmasını təşkil etmək.
Namizədə tələblər:
- Marketinq və satış sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən ən azı 1 il baş mütəxəssis və ya rəhbər vəzifədə təcrübə.
- Komanda idarəetməsi, iş bölgüsü, təlim və nəticələrə nəzarət bacarığı.
- Meta Ads və TikTok Ads üzrə praktik təcrübə; əvvəlki kampaniyalardan ölçülə bilən real nəticələr təqdim etmək bacarığı.
- Marketinq strategiyası, büdcə planlaması, bazar və rəqib analizi üzrə biliklər.
- Satış və reklam göstəricilərini, müştəri cəlbetmə xərcini və reklam gəlirliliyini təhlil etmək bacarığı.
- CRM sistemləri ilə işləmək və müştərilərlə əlaqə prosesini sistemli təşkil etmək bacarığı.
- Güclü təqdimat, kommersiya təklifi hazırlama və danışıqlar aparma bacarığı.
- Dizayn proqramlarından istifadə və vizual materiallar hazırlamaq bacarığı.
- Video montaj proqramları və video hazırlanması prosesi haqqında anlayış.
- Süni intellekt alətlərindən istifadə, effektiv promptlar yazmaq və süni intellekt vasitəsilə videolar hazırlamaq bacarığı.
- Ofis proqramlarında, xüsusilə *Excel və PowerPoint-də*, hesabatlar, cədvəllər və təqdimatlar hazırlamaq bacarığı.
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət.
- Yüksək analitik düşüncə, operativ qərarvermə, təşkilatçılıq və problem həll etmə bacarığı.
- İnkişafa və yenilikləri öyrənməyə meyilli olmaq, müxtəlif istiqamətlərdə paralel işləmək və nəticələrə görə məsuliyyət daşımaq.
Əməkhaqqı: 1 000–1 200 AZN + satışdan bonus.
CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Marketinq və satış direktoru” qeyd etməklə göndərin.














