2027-ci ildə Azərbaycanın dövlət büdcəsindən iqtisadiyyata yatırımlar kəskin şəkildə azaldılacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə 2027-ci ilin dövlət büdcəsinin layihəsində bildirilir.
Layihəyə əsasən gələn il dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu (yəni tikinti və şəhərsalma işləri) üçün ümumilikdə 6 milyard manat, daha dəqiqi 6 milyard 4 milyon manat ayrılacaq.
Bu məbləğin 5,3 milyard manatı tikinti və şəhərsalma istiqamətinə sərf ediləcək. Qalan 700 milyon manat vəsaitin nəyə sərf ediləcəyi açıqlanmayıb.
Bununla yanaşı, qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində tikinti və şəhərsalma istiqamətində 6,2 milyard manat nəzərdə tutulmuşdu. Bunun 2,7 milyard manatı dövlət əsaslı vəsait qoyuluşuna, 3,5 milyard manat vəsait isə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılmışdı.
Başqa sözlə, 2027-ci ildə dövlətin əsaslı vəsait qoyuluşları 200 milyon manat azalacaq.
2027-ci ilin dövlət büdcəsində isə belə bölgü göstərilməyib. Yalnız 6 milyard manatın yalnız 5,3 milyard manatının tikinti və şəhərsalma istiqamətinə sərf ediləcəyi bildirilib. Qalan 700 milyon manatı sərf edilmə istiqaməti göstərilməyib.
Ötən il vəsiatin bir hissəsinin işğaldan azad edilmiş ərazilərə xərclənəcəyi bildirilmişdi. Əgər təyinatı göstərilməyən 700 milyon manatın işğaldan azad edilmiş ərazilərə xərcdənməsi nəzərdə tutulubsa, bu o deməkdir ki, 2027-ci ildə bu sahəyə yönələn vəsait 5 dəfə azalacaq. Amma büdcə layihəsində hələlik bu bölgü açıqlanmayıb.













