İranın neft gəlirləri ötən ay 1,5 milyard dolları keçib.
FED.az xəbər verir ki, Fars xəbər agentliyinin məlumatına görə, ötən İran təqvim ayı ərzində (23 sentyabr – 22 oktyabr) neft gəlirləri 1,5 milyard dolları ötüb.
Bununla da ölkənin son yeddi ayda əldə etdiyi neft gəlirlərinin ümumi məbləği 17,5 milyard dolları keçib.
Əlavə edilib ki, ilin ilk altı ayında neft satışından ölkəyə 16 milyard dollardan çox vəsait daxil olub.
Qeyd edək ki, İran Mərkəzi Bankının sədri Əbdülnasir Himməti bundan əvvəl ölkənin valyuta ehtiyatlarının vəziyyətinin qənaətbəxş olduğunu vurğulayaraq, bu ehtiyatların Donald Trampın prezidentlik müddəti başa çatdıqdan xeyli sonra da İranın ehtiyaclarını ödəməyə kifayət edəcəyini bildirib. (Apa)













