Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 30 avqust 2023-cü il tarixli qərarı ilə “Progress-Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta agenti fəaliyyətinə verilmiş 29 fevral 2016-cı il tarixli, 088992 nömrəli lisenziya ləğv edilib.
Azərbaycanda 19 sığorta vasitəçisinin lisenziyası - BƏRPA EDİLİB
Bu barədə FED.az-a AMB-dən bildirilir.
Qeyd edilir ki, lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığını nəzərə alaraq “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə müvafiq olaraq qərar qəbul edilib.