Azərbaycan Mərkəzi Bankı 3 fiziki şəxsə sığorta brokeri, 1 hüquqi şəxsə və 18 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
Azərbaycanın sığorta şirkətlərinin yığımları və ödənişləri açıqlandı - SİYAHI
FED.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar avqustun 24-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.