Ölkənin sığorta sektorunun lideri olan “PAŞA Sığorta” rəqəmsal gələcəyə, texnologiyaya və yenilikçi ideyalara dəstəyini növbəti addımı ilə davam etdirir. Belə ki, şirkət bu il noyabrın 30-u və dekabrın 1-də Bakı Konqres Mərkəzində təşkil olunacaq regional “INMERGE” innovasiya sammitinin rəsmi sponsorudur.
FED.AZ xəbər verir ki, regionun ən böyük texnologiya platformalarından sayılan bu sammit, dünyanın məşhur spikerləri, aparıcı startapları və böyük investorları bir araya gətirərək yeni tərəfdaşlıqlara imkan yaradır.
Sığortada müasir həllər təqdim edən “PAŞA Sığorta”, bu tərəfdaşlıq vasitəsilə gələcəyin texnologiyalarını dəstəkləməyə və ölkəmizin innovasiya potensialını daha da gücləndirməyə davam edəcək.














