“İpək Yolu Sığorta” Korporativ katib vəzifəsinə işçi qəbulu elan edir.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) 09:00-dan 18:00-dək.
Vəzifənin öhdəlikləri:
- Sığortaçının idarəetmə orqanlarının və komitələrinin bütün üzvləri ilə işləmək, onlara qərəzsiz məsləhətlər vermək və sığortaçının məqsədlərinə uyğun hərəkət etmək;
- Direktorlar Şurasının sədrinə korporativ idarəetmə ilə bağlı məsləhətlər vermək, onunla birgə sığortaçının korporativ idarəetməsinin sığortaçının məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirmək və sığortaçının korporativ idarəetmə strukturunun gücləndirilməsi üçün zəruri tədbirlər müəyyən etmək;
- Direktorlar Şurası üzvlərinin bilik və bacarıqlarının artırılması üçün onları lazımi resurslarla təmin etmək, o cümlədən təlimlər təşkil etmək və onların peşəkar inkişafına dəstək göstərmək;
- Sığortaçının idarəetmə orqanlarının və komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin etmək, həmin iclasların gündəliyini tərtib etmək, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək;
- Sığortaçının idarəetmə orqanlarının və komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək vermək;
- Direktorlar Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin etmək;
- Sığortaçı tərəfindən açıqlanması tələb olunan məlumatlara səhmdarların və digər investorların əlçatanlığını təmin etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi və təhsili: Maliyyə və ya hüquq sahəsi üzrə azı 3 (üç) illik stajı.
Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə ali təhsilin olması.
Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini səlis bilməsi tələb olunur.
Kompüter bilikləri: Microsoft Office
Vakansiya üçün müraciət qaydası: CV-lər “Korporativ katib” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.














