“İpək Yolu Sığorta” ASC İT mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) 09:00-dan 18:00-dək.
Vəzifənin öhdəlikləri:
- Şirkətin kompüter, server, şəbəkə və digər İT avadanlıqlarının düzgün və fasiləsiz fəaliyyətini təmin etmək;
- Kompüterlərin, printerlərin, skanerlərin və digər texniki vasitələrin quraşdırılması və sazlanmasını həyata keçirmək;
- Əməliyyat sistemləri və zəruri proqram təminatlarını quraşdırmaq, yeniləmək və texniki dəstək göstərmək;
- Şirkətin lokal şəbəkəsinin və internet bağlantısının işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
- İşçilərin İT ilə bağlı müraciətlərini qəbul etmək və yaranmış texniki problemləri aradan qaldırmaq;
- Serverlərin, məlumatların və informasiya sistemlərinin təhlükəsizliyini təmin etmək;
- Məlumatların ehtiyat nüsxələrinin (backup) yaradılmasına və qorunmasına nəzarət etmək;
- Antivirus və digər informasiya təhlükəsizliyi vasitələrinin işlək vəziyyətdə olmasını təmin etmək;
- İT avadanlıqlarının uçotunu aparmaq və onların texniki vəziyyətinə nəzarət etmək;
- İT sistemlərində yaranan nasazlıqları müəyyən etmək, aradan qaldırmaq və zərurət olduqda aidiyyəti mütəxəssislərə müraciət etmək;
- Elektron poçt, istifadəçi hesabları və giriş hüquqlarının yaradılması və idarə edilməsini həyata keçirmək;
- İT sistemləri və avadanlıqları üzrə texniki sənədləşməni aparmaq;
- İT təhlükəsizliyi və şirkətin daxili qaydalarına riayət etmək;
- Rəhbərliyin İT sahəsi üzrə verdiyi qanuni tapşırıqları yerinə yetirmək.
Namizədə olan tələblər:
İş təcrübəsi və təhsili: İT, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil.
İT sahəsində ən azı 1 il iş təcrübəsi.
Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dillərini bilməsi üstünlükdür.
Kompüter bilikləri: Microsoft Office
Vakansiya üçün müraciət qaydası: CV-lər “İT mütəxəssisi” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.














